“Qəbələ”dən “Səbail”ə – Rəsmi
06.09.2021 , 17:15

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi Nikolas Rayseli rənglərinə bağlayıb. Bu barədə “dənizçilər”in rəsmi saytı məlumat yayıb. Sloveniyalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Nikolas Rayselin son klubu “Qəbələ” olub. 28 yaşlı vinger ötən mövsüm əyalət təmsilçisinin heyətində meydana çıxdığı 29 oyunda 3 qol və 7 asistlə yadda qalıb.
