Topaz Premyer Liqasının V turunun “Səbail”lə oyununa hazırlaşan “Qəbələ” ötən gün yoxlama matçı keçirib.
Hazırlığını Bakıda gerçəkləşdirən “qırmızı-qaralar” paytaxtda MOİK-lə görüşüb.
Qarşılaşmadakı bütün qollar ikinci hissəyə təsadüf edib. Fasilədən az sonra paytaxt futbolçuları hesabı açıb. Az keçməmiş “Qəbələ” hesabda tarazlıq yaradıb. 50-ci dəqiqədə Endi Hallidey fərqlənib. Bu qoldan 9 dəqiqə sonra Roman Hüseynov I divizion təmsilçisinin qapısına yol tapıb – 2:1.
