Yeni mövsüm üçün daha iddialı komanda qurmağa çalışan “Qəbələ” daha bir futbolçunun keçidini həll edib.
Korner.az-ın məlumatına görə, əyalət təmsilçisi “Kuban”ın hücumçusu Əbdülvahid Afolabi ilə müqavilə imzalayıb.
22 yaşlı legionerlə “1+1” şərti ilə müqavilə imzalanıb.
Qeyd edək ki, “Qəbələ” bunadək “Simurq”dan qapıçılar – polşalı David Pieterzkeiviçlə Dmitri Kramarenko, “İnter”dən müdafiəçi Vladimir Levin, orta sahə oyunçuları Nizami Hacıyevlə seneqallı İbrahima Niasse və “Ayaks”ın hollandiyalı sol cinah yarımmüdafiəçisi Lorenzo Ebesilyonu transfer edib.