“Qəbələ”dən növbəti transfer
10.07.2019 , 19:45

2019/20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gərəçəkləşdirib.
Korner.az klubun saytına istinadən xəbər verir ki,bunadək Fernan Ferreyra Lopes,Merab Qiqauri,Kamal Mirzəyev,Sadiq Quliyev və Kristian Kouakounu heyətinə qatan “qırmızı-qaralar” Mozambik yığmasının üzvü Klesio Palmirim David Bauk ilə anlaşıb.Hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
