“Qəbələ”dən növbəti transfer
04.07.2019 , 19:50

2019/2020 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə,bunadək Fernan Ferreyra Lopes,Merab Qiqauri,Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan “qırmızı-qaralar” Fil Dişi Sahilindən olan futbolçu Kristian Kouakou ilə anlaşıb.Hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
