“Qəbələ”dən minimal hesablı qələbə
21.01.2022 , 19:16

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” növbəti yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” Şimali Makedoniyanın “Borats” klubu ilə qarşılaşıb. Görüş “Qəbələ”nin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 11-ci dəqiqədə Omar Hani vurub.
“Qəbələ” ilk sınaq matçında Polşa “Zaqlembe”sinə 1:2 hesabı ilə uduzub. Elmar Baxşıyevin komandası yanvarın 24-də son yoxlama matçında “Bohemians” (Çexiya) ilə üz-üzə gələcək.
Yoxlama oyunu
“Qəbələ” – “Borats” (Şimali Makedoniya) – 1:0
Qol: Omar Hani, 22
