“Qəbələ”dən ilk transfer – RƏSMİ
07.01.2020 , 16:49

“Qəbələ” qış transfer pəncərəsində ilk futbolçu keçidini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” Ehtiram Şahverdiyevi heyətinə qatıb. 23 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
“Qəbələ” futbol akademiyasının yetirməsi olan Ehtiram üç illik fasilədən sonra komandaya qayıdıb
2017-19-cu illərdə “Sumqayıt”ın şərəfini qoruyan yarımmüdafiəçi bunadək “qırmızı-qaralar”ın heyətində çıxış edib.
O, 2015-2016-cı illər mövsümündə “Qəbələ”nin əsas komandasında 2 oyun keçirib.
