Ölkə futbolu

“Qəbələ”dən ilk transfer

23.05.2022 , 18:31

“Qəbələ” bu yay üçün ilk transferini reallaşdırıb.

Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Qəbələ” İlkin Qırtımovu heyətinə qatıb. 32 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Son klubu “Şamaxı” olan Qırtımov 2015 – 2018 və 2019 – 2022-ci illərdə bu komandada çıxış edib. O, Premyer Liqada “Simurq” (2009-2015), “Neftçi” (2018) və “Zirə”nin (2018-2019) də formasını geyinib.

Qeyd edək ki, İlkin Qırtımov Azərbaycan millisində də çıxış edib. Yığmada 2014-cü ildə debüt edən müdafiəçi 5 matç keçirib.

Son yazılar

Yuxarı