Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, turnirdə təmsilçilərimizdən olan “Qəbələ” də bu gün mübarizəyə qoşulacaq.
Roman Qriqorçukun komandası Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək.
Ötən mövsüm inamlı çıxışları ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “qırmızı-qaralar” bu uğurun davamını gətirməyə çalışacaq.
30 iyun
Avropa Liqası
I təsnifat mərhələsinin ilk oyunları
21:00. "Qəbələ" (Azərbaycan) – "Samtredia" (Gürcüstan) – 5:1
Baş hakim: Denis Şerbakov
Baş hakimin köməkçiləri: Dmitri Juk, Yuri Xomçanka
Dördüncü hakim: Sergey Tsınkeviç (hamısı Belarus)
Bakı. 8-ci kilometr qəsəbə stadionu
