Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında daha 1 oyun keçirilib.
Lider “Qəbələ” “Neftçi”ni qəbul edib. Meydan sahibləri 7:1 hesabı ilə qalib gəlib.
“Qəbələ” – “Neftçi” – 7:1
Qollar: Roman Hüseynov, 35 (1:0) Ülvi İbazadə, 37 (2:0), Famusa Kone, 44 (3:0), Hacıağa Hacılı, 53 (4:0), Ülvi İsgəndərov, 61 (5:0), 76 (6:0), Miradbulla Abbasov, 81 (6:1), Ülvi İsgəndəriov, 89 (7:1)
Bu qələbə ilə xalını 18-ə yüksəldən “Qəbələ” ilk pillədəki mövqeyini möhkəmləndirib. “Zirə” 12 xalla ikinci, “Sumqayıt” 8 xalla üçüncü pillədə qərarlaşıb.
