“Qəbələ”dən daha bir transfer – RƏSMİ
20.02.2020 , 16:27

“Qəbələ” Yaovi Akakpo ilə müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, 2019-cu ilin sonlarından “qırmızı-qaralar”ın düşərgəsində baxışda olan futbolçu ilə 2,5 illik anlaşma əldə olunub.
Toqolu yarımmüdafiəçi 2022-ci ilin yayına qədər “Qəbələ”nin formasını geyinəcək.
21 yaşlı afrikalı buna qədər vətənində çıxış edib. O, “Pumas” klubunun şərəfini qoruyub.
