“Qəbələ”dən daha bir nəfər ayrıldı
07.08.2019 , 18:37

“Qəbələ”nin meneceri Səməd Nəsibov klubdan ayrılıb.
Korner.az-ın məlumatına görə, bu haqda o, özünün “facebook” səhifəsində yazıb.
Səməd Nəsibov klubda marketinq məsələləri üzrə menecer vəzifəsində çalışıb.
Xatırladaq ki, daha əvvəl “Qəbələ”nin başqa bir meneceri Səbuhi Səfiyarlı ilə də yolları ayırmışdı.
