“Qəbələ” klubu Binəqədi rayonunda baş vermiş yanğında vəfat edənlərin xatirəsini yad edib.
Korner.az-ın məlumatına görə, bununla bağlı klubun rəsmi saytında başsağlığı yerləşdirilib:
“Qəbələ” İdman Klubu Bakının Binəqədi rayonunda baş verən dəhşətli yanğında çox sayda insanın həlak olması və yaralanmasından kədərlənir, faciə ilə əlaqədar ölkəmizin acı gününə şərik olur.
Klubumuz xalqımıza, həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağlamlığına qovuşmalarını arzulayır.
