“Qəbələ”dən ayrılan Yazalde Pintonun yeni klubu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, 27 yaşlı portuqaliyalı hücumçu karyerasını vətənində “Jil Visente” klubunda davam etdirəcək.
Qeyd edək ki, Pinto cari mövsümün ilk yarısını “Qəbələ”də keçirib. O, 15 oyunda iştirak etsə də, fərqlənə bilməyib.
