Futbol

“Qəbələ”dən ayrılan futbolçu Polşa klubunda

19.09.2020 , 21:37

“Qəbələ”dən ayrılan Fernan Lopesin yeni klubu müəyyənləşib.

Korner.az xəbər verir ki, ispaniyalı futbolçu karyerasını Polşada davam etdirəcək.

Yarımmüdafiəçi Ekstraklasada çıxış edən “Yagelloniya” (Belostok) ilə 1+1 illik müqavilə imzalayıb.

Fernan Lopes ötən mövsüm “Qəbələ”də 3 qol vurub və 5 qolun ötürməsini verib.

Son yazılar

Yuxarı