Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan Lourival Assis özünə yeni komanda tapıb.
Korner.az-ın məlumatına görə, 30 yaşlı braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək.
Assis "Braqantino"ya transfer olub. Yeni komandasında 2 oyun keçirən futbolçu 1 də qol vurub. "Braqantino" Braziliya B Seriyasında mübarizə aparır. 26 turdan sonra 20 komanda arasında 13-cü pillədə qərarlaşıb.
