Əvəzedicilərin çempionatında IV turun növbəti qarşılaşmaları keçirilib.
Çempionatın liderləri Qəbələdə üz-üzə gəlib.
İlk üç turda qələbə qazanan “Zirə” və “Qəbələ” ikincilərin meydanında görüşüb. Qarşılaşmanın taleyini bir qol həll edib. Ülvi İsgəndərovun 10-cu dəqiqədə vurduğu top “qırmızı-qaralar”a 3 xal qazandırıb. Bununla da Elmar Baxşıyevin komandası mövsümün startında ardıcıl 4-cü qələbəsini əldə edib.
Beləliklə, xal hesabını 12-yə çatdıran “Qəbələ” əvəzedicilərin yarışında vahid lider olub.
