Ölkə futbolu

“Qəbələ”dən 750-ci qol

15.05.2021 , 13:14

“Qəbələ” tarixində 750-ci qolunu vurub.

Korner.az xəbər verir ki, bu Azərbaycan Premyer Liqasının XXVII turuna təsadüf edib. “Sabah”la ev oyununda (2:2) rəqib qapısına vurulan 2-ci top “qırmızı-qaralar” üçün yubileylə əlamətdar olub. Bu topa Stefan Vukçeviç imza atıb.

İlk rəsmi matçını 16 il öncə keçirən “Qəbələ” 576-cı oyununda “750”yə çatıb. Bu qollardan 527-si Premyer Liqa, 115-i ölkə kuboku, 72-si I dəstə, 36-sı UEFA Avropa Liqasına təsadüf edib. “Qəbələ” indiyədək evdə 423, səfərdə 325, neytral meydanda 2 qol vurub.

Son yazılar

Yuxarı