Premyer Liqanın 5-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçiriləcək matçın hazırlıqlarını doğma şəhərində davam etdirən “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əvəzedici heyətlə üz-üzə gələn əsas komanda 6:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, sentyabrın 8-də “Qəbələ”nin əsas və əvəzedicilərdən ibarət komandaları yenidən yoxlama oyununda qarşılaşacaqlar.
