“Qəbələ”dən 6 böyükhesablı qələbə
27.02.2020 , 19:18

“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib.
Korner.az xəbər verir ki, təmsilçilər 6 böyükhesablı qələbə əldə ediblər.
Gənclər Liqasında mübarizə aparan U-19 “Neftçi”nin qonağı olub. Ötən mövsümün çempionu səfərdən bir xalla ayrılıb. U-17-nin “Səbail”lə səfər qarşılaşmasında da eyni nəticə qeydə alınıb.
U-16 səfərdə “Xilə” ilə görüşüb. “Qırmızı-qaralar” 11:1 hesablı qələbə qazanıb. Ev matçına çıxan U-15 “Binə”nin qapısından 4 cavabsız top keçirib.
Kiçik yaş qruplarından olan komandalar isə Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında qüvvəsini sınayır. U-13 Oğuzun UGİM-ini məğlubiyyətə uğradıb – 7:0.
Eyni rəqiblə üz-üzə gələn U-12 altı cavabsız qolla üç xal qazanıb. Bu liqada çıxış edən Qəbələ və Mingəçevir UGİM-lərinin görüşündə qalib müəyyənləşməyib – 1:1.
“Qəbələ”nin U-11 Liqasındakı rəqibi də Oğuz UGİM-i olub. 14 qolun vurulduğu matçda komanda üç xal qazanıb – 10:4. Eyni klubların təmsilçiləri U-10 Liqasında da görüşüb. “Qırmızı-qaralar” 8:1 hesablı qələbəyə sevinib.
Qızların Yüksək Liqa yarışında mübarizə aparan “Qəbələ” evdə “Balxurma” ilə qarşılaşıb. Qonaqlar 2:0 hesablı qələbə qazanıb.
