Futbol

“Qəbələ”dən 14 cavabsız top

22.04.2017 , 07:55

“Qəbələ”nin aşağı yaş qruplarından olan komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda növbəti oyunlarını keçirib

Korner.az-ın məlumatına görə, öz meydanında “Turan”la qarşılaşan U-19 7:0 hesablı qələbə qazanıb. 28 matçdan sonra 68 xala malik “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb. U-17 AZAL-la qarşılaşmada eyni hesabla qələbə qazanıb – 7:0. 23 turda 55 xal toplayan “qırmızı-qaralar” çempionatın sonuna 1 tur qalmış 2-ci pillədə qərarlaşıb. U-15 paytaxt səfərində “Neftçi” İK İB-ə uduzub – 0:2. 22 matçda 57 xal toplayan “Qəbələ” turnir cədvəlinin lideridi.

U-14, U-13, U-12, U-11 və U-10 komandaları isə final mərhələsinə start verib. “Sumqayıt”la üz-üzə gələn U-14 səfərdəki ilk oyunda böyükhesablı qələbə əldə edib – 4:0. Naxçıvan UGİM-ini sınağa çəkən U-13 hər iki görüşdə qalib gəlib – 5:0, 6:0. 1/4 finalda “Qəbələ” “İnter”lə üz-üzə gələcək. U-11 Salyan “Muğan”ı ilə 1/8 finalın ilk oyununda 14:0 hesablı səfər qələbəsi qazanıb. U-10 isə “Azəri” TİM-i mübarizədən kənarlaşdırıb – 0:0, 6:2. “Qırmızı-qaralar” 1/4 finalda “Sumqayıt”la görüşəcək.

Son yazılar

Yuxarı