“Qəbələ” futbol klubunun 10 futbolçusu yığma komandaların heyətinə dəvət alıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Sadiq Quliyev, Elvin Camalov, Elvin Mustafazadə, Şirməhəmməd Məmmədov və Şamil Camaləddinov Azərbaycanın U-19, Ürfan Abbasov və Amit Quluzadə U-21, Vladimir Levin isə Azərbaycanın əsas yığmasına dəvət alıb.
Klubun legioner futbolçuları Deyan Kelhar və Omar Kalabane isə müvafiq olaraq Sloveniya və Qvineya milli komandalarının heyətinə dəvət alıblar.
