Milli çempionatda yaranmış fasilədən istifadə edən “Qəbələ” hazırlıqlarını davam etdirir
Ötən gün “Zirə” ilə yoxlama oyunu keçirən “qırmızı-qaralar”, bu gün “Səbail”lə qarşılaşacaqlar.
Amma Roman Qriqorçukun komandası tam heyətlə hazırlıq keçə bilmir. Belə ki, Ruslan Qurbanov və Filip Ozobiçin ardından komandanın daha iki əsas futbolçusu zədələnib. Bunlar Baqali Dabo və Jozef Monrozdu. Adıçəkilən futbolçuların yaxın günlərdə komanda ilə birgə məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, BOS-un ehtiyat meydançasında keçiriləcək “Səbail” – “Qəbələ” oyunu saat 15:00-da başlayacaq.
