“Qəbələ”də yeni sponsor
17.03.2023 , 15:34

“Qəbələ” İK Azərbaycanın daha bir şirkəti ilə əməldaşlığa başlayıb.
Korner.az xəbər verir ki, fəaliyyəti isitmə, soyutma, havalandırma və su təchizatı sistemlərinin satışı və quraşdırılması servisindən ibarət olan “EUROCLİMA” MMC “Qəbələ” Futbol Akademiyasının forma arxası sponsoru olacaq.
Tərəflər arasında 3 illik müqavilə imzalanıb. Müqavilə şərtlərinə əasasən, akademiyanın komandalarının oyun formalarının arxa hissəsində “EUROCLİMA” brendinin loqosu əks olumacaq.
