“Qəbələ”də yeni baş məşqçi
02.09.2019 , 15:59

“Qəbələ”nin baş məşqçi vəzifəsini icra edəcək çalışdırıcı müəyyənləşib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, klub rəhbərliyinin qərarına əsasən, yeni baş məşqçi təyin olunana qədər bu funksiyanı əsas komandanın məşqçilər korpusunda yer alan Elmar Baxşıyev yerinə yetirəcək. 39 yaşlı çalışdırıcı bunadək baş məşqçi Sənan Qurbanovun əsas köməkçisi idi.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının III turunun “Keşlə” ilə oyunundan (0:4) sonra Qurbanov baş məşqçi vəzifəsindən istefa verib və onun müraciəti qəbul olunub.
