“Qəbələ”də üç itki
31.01.2023 , 13:58

“Qəbələ”nin üç futbolçusu komandanın hazırlıq prosesində iştirak etmir.
Korner.az xəbər verir ki, bölgə klubunun legionerləri – Ramon Maçado və Andrey Strijak zədədən sonra bərpa dövrü keçir. Onlar fərdi məşqlə kifayətləniblər.
Əməliyyat olunmuş Rüfət Əhmədov isə bərpa prosesini davam etdirir.
