“Qəbələ” ciddi itki ilə üzləşib. Baş məşqçi Yuri Syomin Daniel Subotiçin xidmətinlən məhrum olub.
Korner.az-ın məlumatına görə, Xorvatiya əsilli isveçrəli hücumçu cəzalı duruma düşüb. Subotiç “Rəvan”la matçın 81-ci dəqiqəsində hakimin qərarına etiraza görə cəzalanıb və sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, XXIV turun “Simurq”la səfər matçını kənardan izləyəcək.
İsveçrəli futbolçu Premyer Liqada 10 qol vurub və bombardirlər cədvəlində Vaqif Cavadovdan sonra ikinci pilləni tutur.
