Rail Məlikovun “Qəbələ” ilə müqaviləsi başa çatır.
Korner.az-ın məlumatına görə, yayda “Dənizlispor”dan transfer olunan müdafiəçinin anlaşması mövsümün sonunda bitəcək.
“Qəbələ” hələlik Railə yeni müqavilə təklif etməyib. Premyer Liqada və Azərbaycan Kubokuda mübarizəni davam etdirən komanda mövsüm başa çatandan sonra müqavilə məsələlərinə aydınlıq gətirəcək. Rail özü “Qəbələ”də qalmaq istəyir.
Qeyd edək ki, Rail ötən ilin 31 avqustunda “Xəzər Lənkəran”la oyunda ağır zədə alıb və 7 aydan artıq yaşıl meydanlardan kənarda qalıb. O, martın 19-da “Qarabağ”la keçirilən oyunda meydana dönüb. Məlikov zədə səbəbindən “Qəbələ”də 7 Premyer Liqa, 1 kubok matçına çıxa bilib.
