“Qəbələ” ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, baş məşqçi Yuri Syomin Dodonun xidmətindən məhrum olub.
Belə ki, braziliyalı futbolçu cəzalı duruma düşüb. “Simurq”la matçının 90+1-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə “sarı” alan Dodo vərəqə limtini doldurub. Mövsüm ərzində 4 dəfə cəzalanan yarımmüdafiəçi XXV turun “Neftçi” matçını buraxacaq.
