Ötən gün “Maltepespor”la yoldaşlıq oyunu keçirən “Qəbələ” Türkiyədə tam heyətlə hazırlıq keçə bilmir.
Korner.az-ın məlumatına görə, komandadan ayrı çalışan Rail Məlikov və braziliyada bərpa kursu keçən qapıçı Dieqo Kostadan başqa Leonardo Silva da hazırlıqlara qatılmır.
Buna səbəb braziliyalı yarımmüdafiəçinin vətənindən dönməməsidi. Təyin olunan vaxtda klubun düşərgəsinə qayıtmayan futbolçu Yuri Syomini qəzəbləndirib. Rusiyalı mütəxəssis Leonardonu cəzalandıracaq. Onun cərimələnəcəyi gözlənilir.
