Qəbələ”nin üç futbolçusu – Rafael Santos, Asif Məmmədov və Ruslan Qurbanov Topaz Premyer Liqanın 16-cı turunda “Neftçi”yə qarşı oynamayacaqlar.
Korner.az-ın məluçatına görə, bu haqda qol.az saytı xəbər verir.
Antalya toplanışında dizindən xəsarət alan Santos İtaliyada əməliyyat olunacaq. Asif Məmmədov kor bağırsağından əməliyyat edilib. Bu səbəblərdən onlar sözügedən qarşılaşmanı buraxacaqlar. R.Qurbanov isə cəzalı duruma düşdüyü üçün sabiq komandası “Neftçi”yə qarşı oynamayacaq.
Qeyd edək ki, “Qəbələ” – “Neftçi” oyunu fevralın 3-cü saat 17:00-da başlayacaq
