Türkiyənin Antalya şəhərindəki qış təlim-məşq toplanışını başa vuran “Qəbələ” dünən vətənə qayıdıb.
Korner.az-ın məlumatına görə, baş məşqçi Roman Qriqorçuk komandanı istirahətə buraxıb.
Hazırda dincələn “qırmızı-qaralar” yanvarın 27-də yenidən bir araya gələcək. Qəbələdə yığışacaq komanda ayın 31-də “Kəpəz”lə keçirəcəkləri matçın hazırlıqlarına başlayacaq.
Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” oyunu yanvarın 30- da Gəncə şəhər stadionunda baş tutacaq.
