Qəbələdə heç-heçə
10.02.2023 , 17:00

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Neftçi” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.
Azərbaycan Premyer Liqası
XXII tur
10 fevral (cümə)
“Qəbələ” – “Neftçi” – 0:0
Hakimlər: Fərid Hacıyev, Akif Əmrəli, Zöhrab Abbasov, Tural Qurbanov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu.
