II Qəbələ Kubokunun son oyun günü hakim biabırçılığı ilə diqqət çəkib.
Korner.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, "Qəbələ" – "Zenit" matçının əsas vaxtı heç-heçə bitdiyindən (1:1) komdandalar qalibi penaltilərdə müəyyənləşdirməli olub. Penaltiləri daha dəqiq yerinə yetirən təmsilçimiz hesab 4:2 ikən hakim "Zenit"ə sonuncu penaltini vurmağa da şərait yaradıb. Yəni Rusiya təmsilçisi bu penaltini yerinə yetirsə belə, hesab 4:3 olacaq və yenə "Qəbələ" qələbə qazanacaqdı. Lakin qarşılaşmanın baş hakimi Yusif Hüseynovun "Zenit"ə sonuncu penaltini də vurmağa icazə verməsi hər kəsi təəccübləndirib.