“Qəbələ” “Qarabağ”la Azərbaycan Kubokunun 1/4 final mərhələsinin matçına tam heyətlə çıxmayacaq.
Korner.az-ın məlumatına görə, Yuri Syomin bu matçda Elnur Allahverdiyevin xidmətindən yararlana bilməyəcək.
Buna səbəb milli üzvünün cəzalı olmasıdı. Belə ki, ötən mövsüm “Xəzər Lənkəran”ın formasını geyinən futbolçu “Neftçi” ilə final matçındakı dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalandırılıb. Cari mövsümdə 1/8 finalın “Neftçala” ilə oyunu buraxan Elnur cəzasının bitməsi üçün gələn mövsümü gözləməlidi. Belə ki, “Qəbələ” finala çıxsa belə, cari mövsüm kubokda cəmi 6 oyun keçirəcək.
