Ötən həftə məşq zamanı zədələnən “Qəbələ”nin braziliyalı qapıçısı Dieqo Koşta Silva əməliyyat olunacaq.
Korner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytına açıqlama verən komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov qolkiperin dizində mensk yırtığı əmələ gəldiyini bildirib.
Kosta vətənində əməliyyat olunacaq: “Dieqo ötən həftə məşqdə zədələndi. Müayinə zamanı dizində mensk yırtığı olduğu müəyyənləşdi. Müayinədən sonra onu əməliyyat üçün vətəni Braziliyaya yola saldıq. Dieqonun yanvar ayının ortalarında məşqlərə qatılması gözlənilir”.
