“Qəbələ” daha bir futbolçu ilə yollarını ayırmağa qərar verib.
Korner.az-ın məlumatına görə, bölgə klubu müdafiəçi Pavel Paşayevi heyətdə saxlamaq istəməyib. Azərbaycan yığmasının üzvü ilə müqavilənin müddəti başa çatıb.
Tərəflər də yolları ayırmaqla bağlı qərara gəliblər.
Qeyd edək ki, “Qəbələ” Paşayevi qışda transfer etmişdi. Amma o, özünü göstərə bilməmişdi.
