Uğursuzluqların ardından "Qəbələ"də istefaya göndərilən Fatih Kavlakın ardınca daha bir türk məşqçi əyalət klubundan ayrılıb.
Korner.az-ın məlumatına görə, Kavlakın əsas yardımçısı İbrahim Bakır da klubu tərk edib. Türk çalışdırıcının digər köməkçiləri Sənan Qurbanovla, qapıçılarla işləyən məşqçi Vüqar Məmmədov isə klubdakı fəaliyyətlərini davam etdirəcəklər.
