“Qəbələ”də ciddi itki
14.08.2018 , 15:01

“Qəbələ” ciddi itki ilə üzləşib.
“Qırmızı-qaralar”ın yarımmüdafiəçisi Stiven Monroz zədələnib. Topaz Premyer Liqanın ilk turunun “Səbail”lə oyunundan (3:0) əvvəl keçirilən məşqdə əzələsi dartılan fransız futbolçunun təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Monroz zədə səbəbindən 2-ci turun “Neftçi” və 3-cü turun “Sumqayıt”la oyunlarını buraxmalı olacaq
