Azərbaycan Premyer Liqasının II turunda doğma azarkeşləri önündə "İnter"i qəbul edən "Qəbələ" minimal hesablı qələbə qazandı -1:0. Korner.az-ın məlumatına görə, əyalət təmsilçisinin baş məşqçisi Fatih Kavlak "İnter"ə tərif "yağdırıb":
“İnter” Azərbaycanın ən güclü komandalarındandır. Rəqib oyun boyu üstün olsa da, nəticəyə baxmaq lazımdır. Əlimizə düşən imkandan maksimum yararlandıq. Üç xalı qazandığımız üçün şadıq. “İnter”ə uğurlar arzulayıram”.