“Qəbələ”də 3 itki
18.11.2022 , 10:09

“Qəbələ”nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir. Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirir.
Bərpa prosesini başa vuran Urfan Abbasov artıq komandanın topsuz çalışmalarında iştirak etsə də, hələlik toplu məşqlərə qatılmır.
