“Qəbələ”də 2 yeni futbolçu
26.06.2024 , 18:43

Transfer işlərini davam etdirən “Qəbələ” daha iki futbolçunu heyətinə qatıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qəbələ” akademiyasının yetirməsi olan Müşfiq Nadirov “qırmızı-qaralar”ın formasını geyinəcək. 22 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Nadirov 2023/2024 mövsümündə “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Qəbələ-2” və “Kəpəz”in də uğurları üçün çalışıb. Qapıçı Azərbaycanın U-16 və U-20 yığmalarına da cəlb olunub.
Həmçinin “Qəbələ” Urfan İsmayılovu da heyətinə qatıb. 28 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
İsmayılov ötən mövsüm “Qaradağ Lökbatan”ın formasını geyinib. O, bunadək “Rəvan-2”, “Zirə-2”, “Şamaxı” və “Səbail”də çıxış edib.
Qeyd edək ki, “Qəbələ” bunadək müdafiəçi Vüqar Həsənovu transfer edib.
