Ölkə futbolu

“Qəbələ”də 10 seriya

08.07.2020 , 14:05

“Qəbələ”nin Azərbaycan Premyer Liqasındakı çıxışları tarixində 10 dəfə bir futbolçu üç və ya daha çox matçda meydanı qol vurmadan tərk etməyib.

Korner.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın Premyer Liqadakı ən uzun fərdi qol seriyasının müəllifi Baqali Dabodur.

Fransalı futbolçu ardıcıl 4 oyunda qol sevinci yaşayıb. Bu, 2017/18 mövsümündə gerçəkləşib. Fransalı forvard meydanı qolsuz tərk etmədiyi 4 turda 6 dəfə rəqib qapılarına yol tapıb. Dabo bunu 4 matçda bacaran yeganə futbolçudur. Digər 9 seriya üç qarşılaşmanı əhatə edir.

Filip Ozobiçin hamıdan çox – 2 belə uğurlu seriyası var. O, 2016/17  mövsümünün gedişində iki dəfə üçoyunluq qol seriyasına imza atıb. Xorvatiyalı yarımmüdafiəçi bunların birində 4, digərində 3 dəfə fərqlənib.

Son yazılar

Yuxarı