“Qəbələ” “Zirə”yə qalib gəldi
07.04.2023 , 18:52
Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edib və 2:1 hesablı qələbə qazanıb.
Turun qalan oyunları sabah və birigün keçiriləcək.
Azərbaycan Premyer Liqası, 29-cu tur
7 aprel
Qəbələ – Zirə – 2:1
Qol: Ramon Maçado, 58, Eldar Quliyev, 69, Xuan Renato, 79
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu, 17:00
