“Neftçi”dən darmadağın, Qəbələdə heç-heçə
14.03.2021 , 19:08

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.
Korner.az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç keçirilib. İlk matçda “Qəbələ” “Zirə”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Turun son oyununda isə “Neftçi” doğma meydanda “Səbail”lə üz-üzə gəlib. Görüş “ağ-qaralar”ın 4:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XX tur
“Qəbələ” –“Zirə” – 1:1
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Rəhim Həsənov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu, 15:00
“Neftçi” – “Səbail” – 4:0
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”, 17:15
