“Qəbələ” “Zirə”yə qalib gəldi
26.03.2021 , 23:34

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən “Zirə” ilə “Qəbələ” bu gün yoxlama oyununda qarşılaşıb.
Korner.az xəbər verir ki, tərəflər Bakıdakı “Azersun Arena”da üz-üzə gəliblər.
Matç əyalət təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1.
“Qəbələ” növbəti yoxlama oyununu martın 29-da Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasına qarşı keçirəcək.
Yoxlama oyunu
26 mart
“Zirə” – “Qəbələ” – 1:2
Qollar: Tamerlan Burcəliyev, 87 – Mehrac Baxşalı, 70, Emil Səfərov, 90+1
