“Neftçi” “Sumqayıt”a qalib gəldi
13.03.2022 , 20:51

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə “Zirə” “Qəbələ”nin qonağı olub. Lakin güclü qar səbəbindən oyun təxirə salınıb.
Turun son matçında isə “Neftçi” öz meydanında “Sumqayıt”ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası
XIX tur
13 mart (bazar)
“Qəbələ” – “Zirə” – 0:0 (təxirə salınıb)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 16:00
“Neftçi” – “Sumqayıt” – 2:1
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Rahil Ramazanov, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bakcell Arena”, 18:15
