“Qəbələ” – “Zirə” oyunu Respublika stadionunda
26.03.2022 , 20:08

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə Bakıda hazırlıq keçən “Qəbələ”nin “Zirə” ilə qarşılaşacağı yoxlama matçının yeri dəyişilib. yoxlama oyununda qüvvəsini sınayacaq.
Korner.az xəbər verir ki, oyun sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. “Qəbələ” – “Zirə” oyunu saat 16:00-da başlayacaq.
“Qəbələ” Premyer Liqada növbəti oyununu aprelin 3-də “Keşlə”yə qarşı keçirəcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.
