Ölkə futbolu

“Qəbələ” Zaqreb “Dinamo”suna qarşı

28.06.2018 , 12:50

Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama oyununa çıxacaq.

“Qırmızı-qaralar” Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşacaq. Zaqreb təmsilçisi ilə görüş Murska Sobota şəhərinin “Mura” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda Albaniyanın “Kukesi” klubu ilə heç-heçə edib – 1:1.

Yoxlama oyunu

20:00. “Qəbələ” – “Dinamo” (Zaqreb)

Son yazılar

Yuxarı