Ölkə futbolu

“Qəbələ” Zaqreb “Dinamo”suna məğlub oldu

29.06.2018 , 10:52

Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib.

 

“Qırmızı-qaralar” Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşıb.

Zaqreb təmsilçisi ilə görüş Murska Sobota şəhərinin “Mura” stadionunda baş tutub. “Qəbələ” bu oyunda iki cavabsız qolla uduzub.

Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

 

Yoxlama oyunu

28 iyun

 

“Qəbələ” – “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2

Son yazılar

Yuxarı